"Boko Haram" girov almanı sərbəst buraxdı

"Boko Haram" girov almanı sərbəst buraxdı
08:46 22 Yanvar 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada bir müddət əvvəl "Boko Haram" silahlıları tərəfindən oğurlanan Almaniya vətəndaşı sərbəst buraxılıb.

69 yaşlı Eberhard Nitç artıq 6 ay idi ki, silahlılar tərəfindən girov saxlanılırdı.

Məlumata görə, anti-terror əməliyyatçıları Kamerunda keçirilən reydlər zamanı girovun yerini müəyyənləşdirib və onu xilas ediblər. Nigeriyanın Qombi şəhərində müəllim kimi fəaliyyət göstərən Nitç 6 ayda ölüm qorxusu ilə yaşadığını deyib.

“Onlar mənə təkcə oturmaq və səs etməmək əmri verirdilər. Hər yer qaranlıq idi. Nə baş verdiyini bilmirdim. Bu məndə depressiya yaradırdı”.
Mənbə
Euronews



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR