Paytaxtda qadın avtomobilini daş hasara çırpdı: yaralılar var - FOTO

Paytaxtda qadın avtomobilini daş hasara çırpdı: yaralılar var - FOTO
09:05 22 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Kərimova Səbinə İlham qızı idarə etdiyi "KİA" markalı avtomobillə üzü şəhər istiqamətində hərəkətdə olan zaman qəfil  idarəetməni itirib. Nəticədə o, avtomobili ilə yoldan çıxaraq daş hasarlara çırpılıb. Qəza nəticəsində sürücü  və yanındakı sərnişin xəsarət alıb. Onlar çağırılan təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
 
Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
 
Fakta bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR