Erməni həyasızlığı

Erməni həyasızlığı
09:16 22 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni diasporu və rəsmi İrəvan 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində Türkiyədəki bir sıra ərazi və mülklərə də sahib olduqları haqqında iddia ilə çıxış etməyə hazırlaşırlar.

ANS PRESS-in məlumatına görə, ermənilərin iddia etdiyi mülklər arasında illərlə prezident sarayı olmuş Çankaya Köşkü də var. Bu barədə iddialar “Califonia Courier” qəzetində xəbərdə yer alıb.

Xəbərdə bildirilir ki, erməni əslli ABŞ-lı naşir Harut Sassuniyan Ermənistan hökuməti ilə bəzi diaspor təşkilatlarının Ankaranı beynəlxalq məhkəməyə verməyə hazılaşdığını vurğulayıb.

O, ABŞ qəzetində yer alan məqaləsində erməni katolik Aram İnin Adanadakı kilsələr üçün məhkəmə müraciəti planlaşdırdığını və əgər şikayətə baxılmazsa, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qədər məsələni daşıyacaqlarını yazıb.

Ermənilərin utanmaz iddiaları arasında ən gülüncü isə Ankaradakı Çankaya Köşkü məsələsi olub. Erməni naşirin sözlərinə görə, həmin köşk Kasapyan ailəsinə məxsusdur.

Bundan başqa, İstanbul Atatürtk Hava limanının yerləşdiyi ərazinin isə Kevork Sarıyan ailəsinə aid olduğunu iddia edən naşir məsələ ilə bağlı ABŞ-da məhkəmə işləri aparıldığını yazıb.

Qeyd edək ki, 1915-ci il hadisələrini ermənilərə qarşı "soyqırım" kimi təqdim etmək qəbuledilməzdir və bu hadisələrinin yalan olduğunu sübut edən bir sıra arxiv sənədləri mövcuddur. Rusiya arxivlərində erməni silahlı birləşmələrinin diasporun və kilsənin köməyi ilə ötən əsrin əvvəllərində Türkiyənin bölgələrində törətdikləri kütləvi qırğın, onların nəticələri, eləcə də onminlərlə insanın məhz türk və ya müsəlman olduğu üçün öldürüldüyünü təsdiq edən sənədlər mövcuddur.

Xatırladaq ki, ötən il türkiyəli tarixçi Sait Çetinoğlu da ötən il oxşar iddialarla çıxış edərək Çankaya köşkünün Kasapyan ailəsinə aid olduğunu demişdi.

Çankaya köşkü isə 1924-cü ildən 2014-cü ilə qədər Türkiyə prezidentlərinin rəsmi iqamətgahı olub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR