Hadisə səhnədə zənci oğlanlarla oynadı (VİDEO)

Hadisə səhnədə zənci oğlanlarla oynadı (VİDEO)
09:21 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi Azərbaycanlı pərəstişkarları üçün əsl bayram istirahəti yaşadan türkiyəli müğənni yenə səhnə çıxışı və cəsarətli geyimi ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, türkiyəli cazibədar müğənni Hadisə Açıkgöz ötən günlərdə Türkiyənin ən böyük qış festivalı olan “Whitefest 2015” çərçivəsində Uludağda otellərdən birində konsert verib.

İki min universitet tələbəsi önündə çıxış edən cazibədar müğənni gənclərə unudulmaz bir gecə bəxş edib. İngiliscə və türkcə oxuduğu mahnılarla ürəkləri fəth edən Hadisə səhnə şousu ilə də izləyicilərin könlünü oxşayıb.

Ənənəsinə sadiq qalaraq bu dəfə də səhnəyə mini əlbisə ilə çıxan müğənni hər çıxışında alqışlarla qarşılanıb.

Təhlükəsizlik xidməti işçiləri səhnəyə yaxınlaşmaq istəyən pərəstişkarları saxlamaqda çətinlik çəkiblər.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR