"Hələ də onu sevirəm" - Antonio Banderas

"Hələ də onu sevirəm" - Antonio Banderas
09:26 22 Yanvar 2015
203 Şou
Ölkə mətbuatı
A- A+

6 ay əvvəl həyat yoldaşı Melani Qriffitdən ayrılan 54 yaşlı aktyor Antonio Banderas hələ də onu sevdiyini etiraf edib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ispan televiziyasının “El Hormiguero” şousuna müsahibə verən Banderas deyib:

“Mən, həqiqətən, Melaniyə bir aktrisa kimi heyranam. Onun karyerasındakı nailiyyətlərinə böyük hörmətim var. Bu səbəbdən prodüseri olduğum və baş rolda çəkildiyim “Sığorta edən” filmində mənimlə birlikdə kamera qarşısına keçdi. Mən onu sevmişəm və indi də sevirəm. Bundan sonra da bu, belə olacaq. Fərqi yoxdur, biz bir yerdəyik, ya ayrılmışıq”.

Qeyd edək ki, Antonio Banderas hazırda 34 yaşlı hollandiyalı bank işçisi Nikol Kempellə birlikdədir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR