Anti-İslamçıların lideri biabırçı şəkildə istefa verdi (FOTO)

Anti-İslamçıların lideri biabırçı şəkildə istefa verdi (FOTO)
09:26 22 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada Avropanın İslamlaşmasına qarşı yaradılan PEQİDA hərəkatının rəhbəri Lutç Baxman vəzifəsindən istefa verib. Buna səbəb isə, Bild qəzetində onun özünü Hitler kimi təqdim etməsi və feysbuk səhifəsində miqrantları heyvan və zibil adlandırması olub. Baxman etdiyi hərəkətlərinə görə üzr istəsə də, bununla, o, məsuliyyətdən yayına biməyib.

Baxmana qarşı artıq ilkin istintaq prosesi də başladılıb. O, irqi nifrətə təhrikdə ittiham olunur.

41 yaşlı aşbaz, eyni zamanda, qrafika dizaynerinin kriminal keçmişi də var. O, ev oğurluğu, içkili vəziyyətdə avtomobil idarəetmə, narkotik maddə qəbulu və təhqiretmə maddələri ilə azı 16 dəfə ittiham olunub.

1998-ci ildə həbsə məhkum edilən zaman Cənubi Afrika Respublikasına qaçıb, lakin daha sonra Almaniyaya ekstradisiya olunub.

Avropanın İslamlaşmasına qarşı Vətənpərvər Avropalıların mənasını verən PEQİDA hərəkatı 2014-cü ilin oktyabr ayında Drezden şəhərində Baxmanın rəhbərliyi altında yaradılıb.

Qrupun artıq 25 minə yaxın tərəfdarı var.

Ötən gün Leypsiq şəhərində PEQİDA-nın digər bir qolu LEQİDA tərəfdarı etiraz aksiyası keçiriblər. Aksiyada Avropanın İslamlaşmasına və müsəlman qaçqınlara qarşı şüarlar səsləndirilib. Fəallar qaçqınlardan Avropanı tərk etməsini istəyiblər.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR