"Boko Haram" girov almanı sərbəst buraxdı

"Boko Haram" girov almanı sərbəst buraxdı
09:32 22 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

69 yaşlı Eberhard Nitç artıq 6 ay idi ki, silahlılar tərəfindən girov saxlanılırdı
Nigeriyada bir müddət əvvəl "Boko Haram" silahlıları tərəfindən oğurlanan Almaniya vətəndaşı sərbəst buraxılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, 69 yaşlı Eberhard Nitç artıq 6 ay idi ki, silahlılar tərəfindən girov saxlanılırdı.

Məlumata görə, antiterror əməliyyatçıları Kamerunda keçirilən reydlər zamanı girovun yerini müəyyənləşdirib və onu xilas ediblər. Nigeriyanın Qombi şəhərində müəllim kimi fəaliyyət göstərən Nitç 6 ayda ölüm qorxusu ilə yaşadığını deyib.

“Onlar mənə təkcə oturmaq və səs etməmək əmri verirdilər. Hər yer qaranlıq idi. Nə baş verdiyini bilmirdim. Bu məndə depressiya yaradırdı”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR