Azərbaycanda region gəncləri İKT üzrə maarifləndirilir

Azərbaycanda region gəncləri İKT üzrə maarifləndirilir
09:41 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi  və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi” adlı layihənin icrası regionlarda uğurla davam edir.

Nazirlikdən verilən məlumata görə, layihənin yekun mərhələsi ilə əlaqədar keçirilən tədbirdə qeyd edilib ki, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi layihənin əsas məqsədi region gənclərinin müasir texnologiyalardan istifadəsi sahəsində bilik, bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsınə xidmət etməkdədir.
 
Tədbirdə çıxış edən natiqlər müasir cəmiyyətimizdə İKT-nin inkişafı və yeni innovasiyaların tətbiqi, ölkə siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini xüsusi qeyd edərək, müasir dünyanın yeni çağırışlarını Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb etdiyini qeyd ediblər.
 
Layihəyə dəstək verən mütəxəssis və könüllülərin iştirak etdiyi tədbirdə qeyd edilib ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də regionda yaşayan gənclərin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi ilə bağlı problemlərin həllinə onların aktiv və könüllü cəlb edilməsidir. Ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda gənclərin bu sahədə maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni effektiv düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrdən biri kimi qarşıda durur. Ölkədə İKT vasitələri və onların istifadəsi barədə maarifləndirilmə tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri-hökumət təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilmiş kütləvi maarif sisteminin yaradılmasına, onlarda İKT-dən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ciddi ehtiyac duyulur. Bilik və bacarıqların gələcəyə ötürülməsində ən aktiv qüvvə gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır. Regionda yaşayıb fəaliyyət göstərən gənclərimizin bu sahədə maariflənməsinə və inkişaf etdirilməsinə ehtiyac daha çoxdur. Davamlı inkişafın təmin edilməsi məsələləri region gəncləri üçün yeni bir istiqamətdir və bu biliklərə yiyələnmək onların gələcək fəaliyyətlərində peşəkarlığa doğru böyük addım olacaq.
 
Tədbir qarşılıqlı fikir mübadiləsi və yekun mərhələnin təsdiqi ilə davam edib.

CAHANGİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR