Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini pulemyot, minaatan və qumbaraatanlardan intensiv atəşə tutub

09:47 22 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 09:42 ]

Ötən sutka ərzində atəşkəs rejimi 106 dəfə pozulub

Bakı – APA. Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı, Cəfərli, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Hacıalılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR