İspaniya Kuboku: "Barselona" "Altetiko"ya yerini göstərdi

09:52 22 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

Dünən İspaniya Kubokunda 1/4 final mərhələsinə start verilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk mərhələdə ilk oyun gününə üç qarşılaşma nəzərdə tutulub.
Günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gəliblər. Bu görüşün taleyini bir qol həll edib. Brunonun matçın 85-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.
1/4 final mərhələsinin ən maraq doğuran oyunu Barselonada olub. Burada "Barselona" 1/8 finalda Madrid "Real"ını mübarizədən kənarlaşdıran "Atletiko"nu (Madrid) qəbul edib. Lionel Messinin görüşün 85-ci dəqiqəsində vurduğu qol "Barselona"ya minimal hesablı qələbə qazandırıb - 1:0.

Günün digər qarşılaşmasında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gəliblər. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.
 
Qeyd edək ki, İspaniya Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına bu gecə keçiriləcək "Espanyol" - "Sevilya" oyunu ilə yekun vurulacaq.
 
21 yanvar

İspaniya Kuboku, 1/4 final

23:00. "Vilyareal" - "Hetafe" - 1:0
Qol:
Bruno, 85 (1:0)
 
01:00. "Barselona" - "Atletiko" (Madrid) - 1:0
Qol:
Messi, 85 (1:0)
 
01:00. "Malaqa" - "Atletik" (Bilbao) - 0:0

22 yanvar
"Espanyol" - "Sevilya"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR