“Microsoft” yeni brauzerini tanıdıb

“Microsoft” yeni brauzerini tanıdıb
09:56 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyası kod adı “Spartan” olan yeni brauzerini tanıdıb. Bu haqda proqram nəhənginin vitse-prezidenti Co Belfiore deyib.

Gözlənildiyi kimi, “Microsoft” bazar mövqeyini itirməkdə olan “Internet Explorer” brauzerini təkmilləşdirməkdən imtina edərək yeni brauzer hazırlamağa qərar verib. “Spartan” brauzeri yeni “Windows 10” əməliyyat sisteminin (ƏS) bir hissəsi olacaq. Belfiore deyib ki, brauzerin sınaqları təxminən 3-5 ay çəkəcək.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Spartan” brauzerində qeyd rejimindən istifadə mümkündür: istifadəçi səhifənin məzmununun üzərində şərh yaza, bundan sonra onu sosial şəbəkələrdə və ya poçtla paylaşa bilər.

Həmçinin yeni oxuma rejimi səhifələri kitab və ya jurnal formasında əks etdirir. Səhifələrə sonradan internetsiz baxış üçün onları yadda saxlamaq olar.

Nəhayət, yeni brauzer “Cortana” səs köməkçisi ilə inteqrasiya ediləcək.

“StatCounter” analitik xidmətinin 2014-cü ilin noyabrına olan məlumatına görə, 19.6 faiz bazar payına sahib “Internet Explorer” ikinci populyar  brauzerdir.

Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34888-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR