BMW-nin Azərbaycan modeli (FOTO)

BMW-nin Azərbaycan modeli (FOTO)
09:56 22 Yanvar 2015
352 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan BMW üçün yeni avtomobil dizaynı hazırlayıb.

Bu barədə ANS PRESS-ə Türkiyənin Süleyman Dəmirəl universitetində dizayn üzrə təhsil alan Ramil Nəcəfov deyib.

23 yaşlı gəncin sözlərinə görə, əl işlərinin bir necəsini adıçəkilən şirkətə göndərib. Eskizlər BMW nümayəndələrinin diqqətini cəlb edib.

"Mənə cavab emaili göndərdilər. Gələcəkdə BMW kimi nəhəng alman avto konserinin dizayneri kimi tarixə düşə bilərəm. Ən böyük arzum Azərbaycanı Avropoda dizayn üzrə müsabiqələrdə təmsil etməkdir".

R.Nəcəfov Azərbaycanda yeni avtomobil modeli də yaratmaq niyyətindədir.

Şirkət nümayəndələri gəncin eskizlərini diqqətlə araşdırmaq üçün ondakı faktları yenidən və daha ətraflı şəkildə göndərməsini istəyib. "Bizə dəstək olmağınız üçün çatışmayan məlumatları göndərməyinizi xahiş edirik. Siz mütamadi olaraq telefon vasitəsiylə də faktları bizə çatdıra bilərsiz. Əgər bu sizin üçün də uyğundursa, gün ərzində rahatlıqla əlaqə saxlaya biləcəyimiz əlaqə nömrənizi qeyd edin".

İndi bu gənc daha sıx əməkdaşlıq üçün alman və ingilis dillərini təkmilləşdirməklə məşğul olur.

R.Nəcəfov "Volkswagen", "Audi", "Ford" kimi avtomil şirkətlərinə də eskizlərini göndərib. Adıçəkilən şirkətlər də 23 yaşlı Ramil Nəcəfovun işlərinə biganə qalmayıblar.
































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR