Lerikdə yanğın olub

09:57 22 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 09:54 ]


Lerik. Ağəddin Babayev - APA. Lerik rayonunda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 22-də saat 05.30 radələrində rayonun Rəzgov kənd sakini, 1935-ci il təvəllüdlü Fərman Qadir oğlu Məmmədova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Lerik Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 2 yanğınsöndürən maşını cəlb olunub.

 

Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev içindəki əşyalarla birlikdə, damına yığılmış 3 ton ot bağlaması, eləcə də evə bitişik ümumi sahəsi 68 kv.m olan tövlənin çardağı yanaraq yararsız vəziyyətə düşüb.

 

İlkin ehtimallara görə, yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR