"KamAZ"a çırpıldılar: 4 nəfərin vəziyyəti ağırdır

09:57 22 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz şəhərində baş verən yol qəzasında 4 nəfər ağır xəsarət alıb.
 
Oğuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası yanvarın 21-dən 22-nə keçən gecə saat 00:15 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
 
1991-ci il təvəllüdlü, Oğuz şəhər sakini Kamran Dilqəm oğlu Ellazov idarə etdiyi “Pejo 305” markalı 10 BO 697 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında dayanan, Oğuz şəhər sakini Nasir Əlibala oğlu Nasirova məxsus ağır tonnajlı “KamAZ” markalı 90 JA 396 dövlət nömrə nişanlı yük maşınına çırpıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Kamran Ellazov, onun sərnişinləri - 1993-cü il təvəllüdlü, Oğuz şəhər sakini Samir Əlisəfa oğlu Seyidov və 1993-cü il təvəllüdlü, Oğuz rayonunun Xaçmaz kənd sakini Röyal İlqar oğlu Seyidov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü, Oğuz şəhər sakini Fərid Noyabr oğlu Şirəliyev isə Oğuz MRX-ya yerləşdirilib. Fərid Şirəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, Oğuzda baş verən ağır yol qəzasında xəsarət alan yaralılar Kamran Ellazov, Samir Seyidov və Röyal Seyidov
bu gün saat 02:00 radələrində xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR