Paytaxtda "Honda" ilə "Mercedes" toqquşub - FOTO

Paytaxtda "Honda" ilə "Mercedes" toqquşub - FOTO
10:05 22 Yanvar 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Xətai rayonunda qəza olub. Lent.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.  Qəza zamanı  Murad Məmmədovun idarə etdiyi "Honda" ilə Afiq Rüstəmovun idarə etdiyi "Mercedes" toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillər yararsız halla düşüb.
 
Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları  gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Mercedes"in sürücüsü Afiq Rüstəmovun dönmə əməliyyatını düzgün yetirməməsi səbəb olub.
 
Qeyd edək ki, qəza zamanı "Honda" yanmaq təhlükəsi ilə üzləşib. Dərhal yanğına qarşı tədbir görülüb. Daha sonra avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR