Telekanal üzr istədi (VİDEO)

Telekanal üzr istədi (VİDEO)
10:06 22 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın Fox News telekanalı səhv məlumat verdiyi üçün tamaşaçılar qarşısında bir gündə 4 dəfə üzr istəyib.

ANS PRESS-in məlumatına görə, söhbət kanalın efirində Fransa və İngiltərə müsəlmanları barədə səslənən xəbərdən gedir. Belə ki, xəbərdə Paris və digər böyük Avropa şəhərlərində müsəlmanların nəzarət etdiyi rayonların olduğu deyilir. Bu rayonlara müsəlman olmayanların və hətta polisin belə girməyi məsləhət görülmür.

Xəbərə ilk reaksiya Paris meriyasından gəliи. Hətta Fransa paytaxtı rəsmiləri şəhərin imicinə ziyan gətirdiyi üçün Fox News telekanalına qarşı məhkəmə vəsadəti hazırlayır.

Russian Today kanalının “In the Now” verilişinin aparıcısı Anissa Nauey düşünür ki, kanal sadəcə həqiqəti verməyə çalışsa idi belə yöndəmsiz vəziyyətə düşməzdi.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR