Ötən il ərzində ETSN-in “qaynar xətt”inə 3574 şikayət daxil olub

10:07 22 Yanvar 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:02 ]


Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 saylı “qaynar xətt”inə 2014-cü il ərzində ümumilikdə 3574 şikayət daxil olub.

 

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, onlardan 3403-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

 

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

 

İl ərzində Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 1434 şikayətdən 1411-i, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1333 şikayətdən 1287-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 471 şikayətdən 399-u, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 129 şikayətdən 127-si,  Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 96 şikayətdən 68-i üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

 

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 68 şikayət, İstehsalat Siyasəti Şöbəsinə göndərilmiş 23 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 14 şikayət, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 3 şikayət araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.

 

Qeyd olunub ki, ETSN-in “qaynar xətt” - rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR