WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü - FOTO

WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü - FOTO
10:12 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

WhatsApp mesajlaşma proqramının veb-versiyası işə düşüb. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, proqramın artıq saytı fəaliyyətə başlayıb.

Web.whatsapp.com saytına daxil olan istifadəçilər ilk növbədə QR kod görürlər. Həmin QR kodu telefonla skan etdikdən sonra bütün danışıqların siyahısını əldə edirlər. Bundan sonra söhbəti kompüterdə davam edə bilərlər.

Proqramın veb versiyası tələb edir ki, smartfon daim şəbəkəyə qoşulu olsun. Əgər telefonla mesaj göndərə bilmirsinizsə, deməli, kompüterlə də bu mümkün olmayacaq.

Messencerin İnternet versiyası yalnız Google Chrome brauzeri ilə çalışır. Digər brauzerləri dəstəkləmir. Bundan əlavə, WhatsApp-ı iOS əməliyyat sistemində işlədənlər də veb versiyadan yararlana bilməyəcəklər.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR