Ölümə məhkum qatırlar başqa ölkəyə qaçdı

Ölümə məhkum qatırlar başqa ölkəyə qaçdı
10:16 22 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə haqlarında ölüm cəzası verilən qatırlar başqa ölkəyə qaçıb.

ANS PRESS-in məlumataına görə, hadisə Hakkarinin Yüksekova bölgəsində baş verib. Belə ki, yerli məhkəmə risk daşıdığı və heyvanların tələf olmasına səbəb ola biləcəyi ehtimalı ilə 97 qatırın məhv edilməsi haqqında qərar verib.

Həmin heyvanlar məhkəmə qərarından sonra bir çadıra yığılıb. Ölümü gözləyən qatırlar kəskin şaxtalı hava səbəbi ilə xilas olublar. Qar və çovğun nəticəsində çadırın zərər görməsi heyvanların qaçmağına imkan yaradıb.

Heyvanlar baxan Perviz Beşer adlı şəxs qatırlara 60 gün baxdığını deyib. O bildirib ki, şiddətli çovğun səbəbiylə çadır uçub və heyvanlar çıxıb sərhədin digər tərəfinə keçiblər:

"Kəndlilər olaraq heyvanların arxasından getdik, lakin minalanmış ərazi və İran əsgərlərindən ehtiyyat edərək sərhəddi keçmədik", - deyə heyvanlara baxan şəxs söyləyib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR