Ukrayna ordusu Donetsk hava limanını tərk edib

10:17 22 Yanvar 2015
176 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:13 ]

Bakı - APA. Ukrayna hərbçiləri uzunmüddətli döyüşlər və bombardmanlar nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanını tərk edib.

APA-nın xəbərinə görə, bu barədə “Azov” könüllülər batalyonunun “Facebook” səhifəsində məlumat verilib. “Ukrayna döyüşçüləri cəmi bir il əvvəl gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etməyə məcbur olublar. Qəhrəmanlıq epopeyası 242 gün davam edib. Bu, Böyük Vətən müharibəsində Stalinqrad və Moskvanın müdafiəsi müddətindən daha çoxdur”, - deyə açıqlamada bildirilir.   

 

“Censor.net” saytının baş redaktoru Yuri Butusov da məlumatı təsdiqləyib: “Yeni və köhnə terminal, dispetçer qülləsi və müdafiə üçün dayaq məntəqəsi rolunu oynayan nə varsa, hamısı məhv edilib. Aeroport birbaşa atəş altındadır və yeni terminalın xarabalıqlarının sağ qalan son müdafiəçiləri yalnız bu gün oranı tərk ediblər”.

 

Y. Butusov yeni terminalın mühasirə həlqəsini yarmaq üçün uğursuz əməliyyatlar təşkil edən Baş Qərargah rəisi Viktor Mujenkonu ittiham edib. O, bu barədə Baş Prokurorluğa müraciət edəcəyini söyləyib.

 

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd hələlik Ukrayna ordusunun nəzarətində qalır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR