İŞİD-çilər qaçmağa başladı

İŞİD-çilər qaçmağa başladı
07:11 26 Dekabr 2014
121 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD artıq koalissiya qüvvələri və İraq ordusu ilə mübarizədə zəifləyir.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının İraqın Ninova vilayətinin mərkəzi Mosulu boşaltmağa başladığı bildirilir. Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb xəbər verib.

O bildirib ki, Peşmərgə qüvvələrinin Kəskə bölgəsinə irəliləməsilə Mosulun İŞİD-çilərin nəzarətləri altında olan 17 iyul məhəlləsi və ətraf bölgələr tərk ediblər. Daha sonra İŞDİ yaraqlıları aillərini də Mosuldan çıxarmağa başlayıblar.

Mosul valisi Əsil Nuceyfi isə açıqlamasında qruplaşmanın böyük hissəsinin Mosulun ətrafındakı kəndlilərdən ibarət olduğunu və İraq ordusunun şəhəri xilas etməsindən sonra onların öz yerlərinə göndərəcəyini bildirib.

Qeyd edək ki, Mosulun Kəskə bölgəsi İŞİD-in avqustun 2-də raket zərbələri atmasından sonra əldən çıxmışdı. Hücum zamanı 1 peşmərgə və 40 mülki vətəndaş yaralanmışdı.

İŞİD terror qruplaşması iyunun 10dan etibarən Mosulu işğal altında saxlayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR