Aleksandr Turçinovun zirehli avtomobili Donetsk aeroportu ətrafında atəşə tutulub

10:27 22 Yanvar 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:23 ]

Bakı – APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun içində olduğu avtomobil Donetsk hava limanı istiqamətində atəşə tutulub.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, A. Turçinovu aparan “Kuguar” zirehli avtomobili aeroport ətrafındakı Opıtnoye kəndi ərazisində atəş altında qalıb. Nəticədə təkərlərdən biri zədələnib. Atəşin davam etməsinə baxmayaraq, təkər dərhal dəyişdirilib. A. Turçinov hər hansı yara almayıb. 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR