Dünyanın ən varlı futbol klubları bəlli oldu

Dünyanın ən varlı futbol klubları bəlli oldu
10:27 22 Yanvar 2015
211 İdman
Ölkə mətbuatı
A- A+

“Deloitte” konsaltinq şirkəti dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, siyahıya yenə Madrid "Real"ı (İspaniya) başçılıq edir. “Real” artıq 10 dəfədir ki, dalbadal liderliyini qoruyub saxlayır.
  
2013-2014 mövsümünün yekununa görə, "Kral" klubunun gəliri 550 milyon avro təşkil edib. İngiltərənin "Mançester Yunayted" klubu ikinci, Münhenin “Bavariya” klubu isə üçüncü olub.
  
Qeyd edək ki, siyahının ilk 20-liyində 8 İngiltərə klubu yer alır. Türkiyənin “Qalatasaray” klubu isə 18-ci yerdə qərarlaşıb.
 
1. "Real" (İspaniya) - 550 mln.
2. "Mançester Yunayted" (İngiltərə) - 518
3. "Bavariya" (Almaniya) - 488
4. "Barselona" (İspaniya) - 485
5. PSJ (Fransa) - 474
6. "Мançester Siti" (İngiltərə) - 414
7. "Çelsi" (İngiltərə) - 388
8. "Аrsenal" (İngiltərə) - 359
9. "Liverpul" (İngiltərə) - 306
10. "Yuventus" (İtaliya) - 279
11. "Borussiya" Dortmund (Almaniya) - 262
12. "Milan" (İtaliya) - 250
13. "Tottenhem" (İngiltərə) - 216
14. "Şalke" (Almaniya) - 214
15. "Аtletiko" (İspaniya) - 170
16. "Napoli" (İtaliya) - 165
17. "İnter" (İtaliya) - 164.
18. "Qalatasaray" (Türkiyə) - 162
19. "Nyukasl" (İngiltərə)- 155
20. "Everton" (İngiltərə) - 144.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR