Şirvanda ağır qəza: 3 yaralı var

Şirvanda ağır qəza: 3 yaralı var
07:46 26 Dekabr 2014
151 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şirvan şəhərinin H.Əliyev prospektində, şəhərin giriş qapısı sayılan Bayraq meydanında baş verib. Şirvandan Hacıqabul istiqamətində hərəkətdə olan minik avtomobili yolu dönmək istəyərkən əks istiqamətdə gələn “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 3 nəfər, Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə sakini 1957-ci il təvəllüdlü Abdullayev Mikayıl Cəbrayıl oğlu, Şirvan sakini 1984-cü il təvəllüdlü Tağıyeva Aygün qəhrəman qızı və digər avtomobilin hələlik kimliyi bəlli olmayan sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Şəxsiyyəti məlum olmayan sürücünün vəziyyəti ağır oluğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin dediyinə görə hadisəyə səbəb minik avtomobillərdən birinin düzgün sürət həddi seçməməsi olub.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma başanılıb, günahkar sürücünün kimliyi isə təyin ediləcək eksperizaların rəyinlən sonra məlum olacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR