Balakəndə minik maşını çuxura düşüb, xəsarət alan var

10:42 22 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:36 ]


Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

 

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Balakən-Qazma avtomobil yolunda qeydə alınıb. 1983-cü il təvəllüdlü, rayonun Qazma kənd sakini Sərdar Abdurəhman oğlu Eminovun idarə etdiyi “VAZ 21015” markalı, 08 BF 962 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çuxura düşüb. Qəza nəticəsində xəsarət alan sürücü S.Eminov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Balakən RMX-dan APA-ya bildirilib ki, qapalı baş-beyin travması alan yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR