Ermənilər iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini 106 dəfə pozublar

Ermənilər iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini 106 dəfə pozublar
10:43 22 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut, Paravakar, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Fərəhli, Qızılhacılı, Cəfərli, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Ağbulaq, Hacıalılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermeniler_irichapli_pulemyotlar_minaatan_ve_qumbaraatanlardan_istifade_etmekle_ateskes_rejimini_106_defe_pozublar-826576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR