Səfir Mag. Aksel Vex: “Khazar İslands” Azərbaycan üçün çox önəmli layihədir

10:43 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
“Khazar İslands” Azərbaycan üçün çox önəmli layihədir.
Bu sözləri Avstriyanın Azərbaycandakı səfiri Mag. Aksel Vex “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanışlıq zamanı səsləndirib.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, səfir Mag. Aksel Vexa Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə yer almasının onların da maraqlı olduğunu qeyd edib. “Khazar İslands” layihəsinə daxil olan və artıq fəaliyyət göstərən “Stingray” restoranı ilə tanış olan səfir burada tətbiq olunan texnologiyanı və göstərilən xidməti yüksək qiymətləndirib.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli layihəyə Avropa və Asiya şirkətlərinin maraq göstərməsi, eləcə də bir sıra tanınmış şirkətlərlə əməkdaşlığın əsasının qoyulması haqqında məlumat verib.
Şirkət rəhbəri görüşdə Avstriyanın tikinti şirkətlərinin inşaat işlərində daima yenilikçi olduqlarını, buna görə də Avstriya şirkətləri ilə əməkdaşlıqda daha maraqlı olduqlarını qonağın diqqətinə çatdırıb.
Qeyd edək ki, son üç ayda Yaponiya, Malayziya, Səudiyyə Ərəbistanı, İsrail və Rusiyanın Azərbaycandakı səfirləri, həmçinin İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün layihənin həyata keçirildiyi ərazidə olublar. Yeni ilin ilk üç həftəsi ərzində İtaliyanın ANSA xəbər agentliyi və Almaniyanın “P.T. Magazine” onlayn biznes jurnalının Azərbaycandan bəhs edən məqalələrində “Khazar İslands” və “Azerbaijan Tower” haqqında məlumatlara da geniş yer verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR