Türkiyədən Putinə mesaj

Türkiyədən Putinə mesaj
10:46 22 Yanvar 2015
215 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davutoğlu Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, Əhməd Davutoğlu deyib: "Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü yalnız sizin üçün deyil, həm də dünya üçün əhəmiyyətlidir. Ukrayna və onun sabitliyi Qara dəniz regionu üçün əsasdır. Türkiyə Krımın zəbt edilməsini, ilhaqını tanımır. Biz Krım məsələsini həmişə gündəlikdə saxlayacağıq."

P.Proşenko regional təhlükəsizliyin təminatı məsələlərində səylərin birləşdirilməsinin vacibliyini söyləyib. O deyib ki, insanların narahatlığına, krım tatarlarının hüquqlarına riayət olunmalıdır: "Bu gün krım tatarları böyük təzyiq altındadırlar və dəstəyə ehtiyac duyurlar."

Görüşdə ikitərəfli əməkdaşlığın, xüsusilə hərbi-texniki sahədə və energetika sektorunda əlaqələrin gücləndirilməsi, Ukraynanın Türkiyənin islahatlar təcrübəsindən yararlanması və s. məsələlər müzakirə olunub. Həmçinin Beynəlxalq Valyuta Fondu və Türkiyə sərmayəçilərlə əməkdaşlıq çərçivəsində Ukrayna iqtisadiyyatına maliyyə köməyi haqqında söhbət gedib.

P.Poroşenko və Ə.Davutoğlu hər iki ölkənin maliyyə və energetika nazirlərinin yaxın vaxtlarda görüşməsi barədə razılıq əldə ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR