Azərbaycanlı yazar sürücülük hüququndan məhrum edildi - FOTO

Azərbaycanlı yazar sürücülük hüququndan məhrum edildi - FOTO
10:47 22 Yanvar 2015
237 Sosial
Ölkə mətbuatı
A- A+

Tanınmış yazar Aysel Əlizadə sürücülük hüququndan məhrum edilib
Avtolent.az-ın məlumatına görə, Dövlət Yol Polisi İdarəsi bu barədə A. Əlizadəyə xəbərdarlıq ünvanlayıb. Həmin xəbərdarlıqda A. Əlizadənin 6 ay müddətinə sürücülük hüququndan məhrum edildiyi qeyd olunub. Buna səbəb kimi isə xanım sürücünün ödənməmiş cərimələrinin olduğu əsas gətirilib.

A.Əlizadə açıqlamasında bildirib ki, ötən ilin yayında ona qayda pozduğuna dair protokol tərtib olunub və yaşadığı ünvana göndərilib. O, həmin protokoldakı cəriməni bir neçə dəfə ödəməyə cəhd etsə də bu mümkün olmayıb: “Bir neçə dəfə banka getdim, lakin mənə dedilər ki, həmin protokol hələlik sistemə oturmayıb. Dekabrın 18-də isə mənim sürücülük hüququmu məhdudlaşdırıblar. Bu qərar bu il yanvarın 10-da mənə göndərilib. Yəqin ki, bu işdə bir anlaşılmazlıq var. Ümid edirəm ki, məsələ müsbət həllini tapacaq”.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR