Cəmil Çiçək: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir”

Cəmil Çiçək: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir”
10:49 22 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

“Cənubi Qafqazda asayişin təmin olunmasına və vəziyyətin sabitləşməsinə başlıca maneəDağlıq Qarabağ problemidir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasının qəbul edilməzliyini bilirik”.

 

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlığı Təşkilatı Parlamentləri Birliyinin İstanbulda keçirilən sessiyasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

 

İslam dünyasının üzərində həssaslıqla dayandığı əsas problemlərdən birinin dəDağlıq Qarabağ problemi olduğunu diqqətə çatdıran C. Çiçək Cənubi Qafqazda sülh və rifahın təmin olunmasında əsas şərt kimi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolunu göstərib.

 

“Bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və köçkünün yerlərindən və yurdlarından ayrılmaq məcburiyyətində qalmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin gözlənən münasibəti göstərdiyini söyləmək mümkün deyil. Bu çərçivədə Dağlıq Qarabağ probleminin bütün aspektlərdə İslam Əməkdaşlığı Təşkilatının gündəmində saxlanılması böyük əhəmiyyət kəsb edir. Türkiyə hər platformada Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləməyə davam edəcək”, - deyə TBMM sədri əlavə edib.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR