Hərbçilər geri çəkildi

Hərbçilər geri çəkildi
10:51 22 Yanvar 2015
201 Dünya
Ölkə mətbuatı
A- A+

"Azov" batalyonu Ukrayna hərbçilərinin Donetsk aeroportundan geri çəkilməsini təsdiq edib.

ANS PRESS-in məlumatına görə, aeroportu müdafiə edən Ukrayna hərbçiləri geri çəkilməyə məcbur edilib. "Azov" batalyonun sosial şəbəkədə yaydığı məlumata görə, sözügedən aeroport bir il əvvəl çox gözəl və müasir idi.

Ancaq hava limanının müdafiəsi 242 gün davam edib. Hazırda aeroport tamamilə dağıdılıb və Ukrayna hərbiçiləri oranı tərk ediblər.

Xatırladaq ki, dünən Donetsk aeroportunun yeni terminalında da partlayış baş verib. Həmçinin gün ərzində aeroport uğrunda gərgin döyüşlər gedib.

Hətta Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun zirehli avtomobili aeroport yaxınlığında atəşə tutulub. Turçinov hadisədən zərər çəkmədən xilas ola bilib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR