Ukrayna ordusu Donetsk hava limanını itirdi

10:52 22 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hərbçiləri Donetsk hava limanını tərk ediblər.
Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Donetsk hava limanını qoruyan "Azov" polkunun rəsmi Facebook səhifəsində məlumat yayılıb.

"Ukrayna hərbçiləri bir il öncə gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etmək məcburiyyətində qalıblar. Qəhrəmanlıq epopeyası 242 gün davam gətirə bilib", - məlumatda qeyd olunur.

Bundan əvvəl Ukraynanın Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Donetsk hava limanı uğrunda döyüşlər davam edir. Düşmən ağır itkilər verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR