Hadisə zənci oğlanlarla ürəkləri oynatdı - VİDEO

Hadisə zənci oğlanlarla ürəkləri oynatdı - VİDEO
11:05 22 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Ulduzun geydiyi qısa əlbisə böyük maraq doğurub
Yeni il gecəsi azərbaycanlı pərəstişkarlarına əsl bayram istirahəti yaşadan türkiyəli müğənni yenə səhnə çıxışı və cəsarətli geyimi ilə gündəmə gəlib.

Anspress-in məlumatına görə, türkiyəli cazibədar müğənni Hadisə Açıkgöz ötən günlərdə Türkiyənin ən böyük qış festivalı olan “Whitefest 2015” çərçivəsində Uludağda otellərdən birində konsert verib.

İki min universitet tələbəsi önündə çıxış edən cazibədar müğənni gənclərə unudulmaz bir gecə bəxş edib. İngiliscə və türkcə oxuduğu mahnılarla ürəkləri fəth edən Hadisə səhnə şousu ilə də izləyicilərin könlünü oxşayıb.

Ənənəsinə sadiq qalaraq bu dəfə də səhnəyə mini-əlbisə ilə çıxan müğənni hər çıxışında alqışlarla qarşılanıb.

Təhlükəsizlik xidməti işçiləri səhnəyə yaxınlaşmaq istəyən pərəstişkarları saxlamaqda çətinlik çəkiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR