Məhkəmə Gültəkin Hacıbəylini cərimələyib

Məhkəmə Gültəkin Hacıbəylini cərimələyib
11:17 22 Yanvar 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 11:13 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və baldızı Aynur Mehdiyevanın qaldırdıqları iddia əsasında məhkəmə prosesi başa çatıb.

 

Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə,  şikayət qismən təmin edilib, G. Hacıbəyli Cinayət Məcəlləsinin 147.1-ci (kütləvi informasiya vasitəsində böhtan yayma) maddəsinə əsasən 500 manat məbləğində cərimələnib.

 

Qeyd edək ki, onlar G. Hacıbəylinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinin müxtəlif bəndələrinə əsasən cəzalandırılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər.

 

Onu da qeyd edək ki, G. Hacıbəyli də onlara qarşı həmin maddələrlə iddia qaldırsa da onun şikayəti təmin edilməyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR