QHT Şurası hesabat verir

QHT Şurası hesabat verir
11:29 22 Yanvar 2015
213 Sosial
Ölkə mətbuatı
A- A+

 

“2014-cü il Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti yerinə yetirən layihələrinin aktuallığı və effektivliyi baxımından özünəməxsus uğurları ilə seçilib. Ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib”. Lent.az-ın məlumatına görə, bunu Şuranın sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun hesabat konfransında deyib. Onun sözlərinə görə, ötən il ərzində elan edilmiş maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 386 layihəsinə Şura tərəfindən ümumilikdə 2 milyon 929 min manat büdcə vəsaiti ayrılıb. “Yerinə yetirilmiş layihələr çərçivəsində 640 təlim, 287 seminar keçirilib, 23 kitab, 8 film, 5 sayt hazırlanıb”.

Millət vəkili vurğulayıb ki, QHT-lər keçən il ərzində Avropanın müxtəlif şəhərlərindəki universitetlərdə Qarabağ guşəsi yaradıb, Qarabağ probleminin həllinə mane olan cəhətləri açıqlayıblar.

“13 xarici ölkədə 27 layihə icra edilib, Azərbaycan həqiqətləri, mədəniyyəti təbliğ edilib. Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti xarici QHT-lər vasitəsi ilə məlumatlandırılıb”-deyə, A. Quliyev əlavə edib.


Şura rəhbərinin sözlərinə görə, aparılan böyük işin axarında məsələlərə yeni yanaşma həmişə olacaq. “Dəyişilməz bir şey varsa, o da doğma Vətənimizin və xalqımızın milli maraqları, dövlətimizin bu maraqlar naminə hər kəs üçün ortaya qoyduğu məsuliyyətdir. Şura Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə bilavasitə məsuliyyət daşıyan qurumlardan biri kimi əldə etdiyi nailiyyətləri daim artırmaq, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə böyük ictimai dəstəyi təmin etmək əzmindədir. İnanırıq ki, bütövlükdə ölkə QHT-ləri bu məsuliyyətə və şərəfə layiq fəaliyyətlə daim irəlidə addımlayacaqlar".

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR