Yeni il ilə əlaqədar silah satışı çoxalıb

Yeni il ilə əlaqədar silah satışı çoxalıb
09:01 26 Dekabr 2014
118 Digər
Ölkə mətbuatı
A- A+

Amerikada bəzi sakinlər milad bayramında qohumarı və ya dostlarına həqiqi tapança hədiyyə edirlər. Silahı almaq üçün ABŞ vətəndaşına sadəcə məhkumluğun olmaması haqqında arayış təqdim etmək lazım gəlir. Bəzi ştatlarda qanunlar daha liberal olsa da, silah satışı qaydalarının federal səviyyədə sərtləşdirilməsina dair kampaniyalar güclənir.

“Adətən noyabrın əvvəllərindən başlayır və yanvarın sonuna kimi satışlarda canlanma müşahidə olunur. Biz hətta alıcılara hədiyyə kuponları da təklif edirik. Həmin kuponu qəbul edənlər, bura gəlib, istədiyi şeyi ala biləcək” – deyə silah mağazasının sahibi bildirir.

Polis zorakılığı tədqiqatı mərkəzinin rəhbəri Coş Şuqarmenin dediyinə görə 2012-ci ildə 33 minə yaxın insan odlu silahlardan həlak olub. Bunun dəhşətli rəqəm olduğunu deyən ekspert məktəblərdə silahlı faciələr baş versə belə, qanunvericilikdə bununla bağlı hər hansı dəyişikliklər edilmir.

ABŞ-da silah satışının məhdudlaşdırılmasının vacibliyinə dair diskusiyyalara ötən il prezident Barak Obama da qoşulub. Ağ Ev rəhbərinin belə bir mövqeyə gəlməsinə, Sendi Huk məktəbində baş vermiş qanlı silahlı insident təsir edib. Həmin vaxt 20 yaşlı Adam Lanza adlı şəxs anasının tapançası ilə 27 nəfəri qətlə yetirib, sonra da intihar etmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR