Yerli internet provayder “Webtv” xidmətinin tətbiqinə başlayıb

Yerli internet provayder “Webtv” xidmətinin tətbiqinə başlayıb
11:31 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“DataPlus” internet provayderi “Webtv” xidmətini abunəçilərinin ixtiyarına verib. İnternet provayderdən verilən məlumata görə, artıq istifadəçilər onlayn rejimində Azərbaycan, rus, türk və ingilis dilində 140-dan çox televiziya kanalını izləyə biləcəklər.

“DataPlus”  abunəçisi olmaqla heç  bir əlavə ödəniş  etmədən bu xidmətdən yararlanmaq mümkündür.
Yanvarın 31-nə qədər bütün internet istifadəçiləri  “webtv.dataplus.az”  saytına daxil olmaqla xidmətdən istifadə edə bilərlər.

Göstərilən tarixdən sonra isə xidmətdən yalnız “DataPlus” abunəçiləri istifadə edə biləcəklər.
Qeyd edək ki, “Webtv” xidmətindən istifadə etmək üçün minimal sürət 2048 kb/s və artıq olmalıdır.

CAHANGİR
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR