Partlamağa hazır erməni şəhəri

Partlamağa hazır erməni şəhəri
11:31 22 Yanvar 2015
231 Dünya
Ölkə mətbuatı
A- A+

"Gümrü və ona yazın ərazilər partlamağa hazır bombadır."

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistanın "Asparez" qəzeti material yayıb. Məqalədə şəhərdə hər an böyük etiraz aksiyasının gözlənildiyi qeyd olunur.

"Şəhərdə nizam-intizamsız əsgərlərdən ibarət 102-ci hərbi baza səbəbindən hansı hadisələrin baş verəcəyi bilinmir. Əhali qorxu içində gözləyir. Qoy məmurlar öz cangüdənləri ilə bura gəlib "hər şey qaydasındadır" bəyanatı verməsinlər. Burda vəziyyət gərgindir. Şəhərdə nə baş verəcəksə bunun məsuliyyəti Baş prokuror və Ermənistan prezidenti Serj Sarkisyanın boynunda qalacaq", - deyə yazıda qeyd olunur.

Xatırladaq ki, yanvarın 12-də səhər Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət Avetisyan ailəsi güllələnib. Güllə yarası alan ailənin 5 nəfəri yerindəcə keçinib. Bir azyaşlı körpə isə yaralı halda xəstəxanaya çatdırılmışdı. Sonradan uşaq ölmüşdü. Hərbçi cinayəti törətdiyini etiraf edib və indi o, Rusyanın Gümrüdəki hərbi bazasında saxlanılır. Əhali etiraz edərək Gümrüdəki Rusiya konsulluğu və 102-ci bazaya doğru yürüş etmişdi. Polis qəzəblənmiş erməniləri çətinliklə sakitləşdirmişdi. Aksiyalarda 24 nəfər xəsarət almışdı.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR