Günay Musayeva Elnur Hüseynovla eyni oteldə (FOTO)

Günay Musayeva Elnur Hüseynovla eyni oteldə (FOTO)
09:01 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı model Günay Musayevanın gənc müğənni Elnur Hüseynovla sosial şəbəkədə yeni fotosu yayılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva paytaxtımızdadır.

O, gecə saatlarında paytaxtın ən məşhur otellərindən birində “O səs Türkiyə” müsabiqəsində çıxışı ilə səs-küy yaradan gənc müğənni Elnur Hüseynovla birlikdə çəkilən fotoşəklini yayımlayıb.

Onlar çəkdikləri “selfie” fotoşəkildə qeyri-ciddi görüntü yaradıblar.

Foto qısa müddət ərzində çox sayda izləyici tərəfindən bəyənilib və rəylər yazılıb. Qardaş ölkədə yaradıcılıq işləri ilə məşğul olan hər iki məşhurumuzun Bakıya gəlməsi sevənləri tərəfindən sevinclə qarşılanıb.

Xatırladaq ki, azərbaycanlı model bir həftə əvvəl də gənc müğənni ilə bir yerdə çəkdikləri fotoşəklini sosial şəbəkədə yayımlamışdı.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR