Sabiq prezidentin köməkçisi həbs edildi - 826 min dollar mənimsəyib

Sabiq prezidentin köməkçisi həbs edildi - 826 min dollar mənimsəyib
11:44 22 Yanvar 2015
300 Dünya
Ölkə mətbuatı
A- A+

İranın sabiq prezidenti Mahmud Əhmədinejatın köməkçisi Mahmud Rza Rəhimi dələduzluqda ittiham olunaraq 5 il 91 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Tehran məhkəməsinin qərarına əsasən, Rəhimini 15 il azadlıqdan məhrum edilib. Həmçinin onun müsadirə etdiyi 2 milyarda 850 milyon İran tümənini (826 min dollar) dövlətə qaytarılması barədə qərar çıxarılıb və Rəhimiyə 1 milyard İran tüməni (290 min dollar) pul cəzası kəsilib. Lakin məhkəmənin çıxardığı qərara etiraz edən Rəhimi cəzanın daha yüngül cəza ilə əvəz olunmasına nail olub.

 

Xatırladaq ki, keçmiş prezident Əhmədinejatın köməkçisi İranda bir sığorta şirkəti vasitəsilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR