Məhkəmə Gültəkin Hacıbəylini cərimələdi

Məhkəmə Gültəkin Hacıbəylini cərimələdi
11:47 22 Yanvar 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və baldızı Aynur Mehdiyevanın qaldırdıqları iddia əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib, G. Hacıbəyli Cinayət Məcəlləsinin 147.1-ci (kütləvi informasiya vasitəsində böhtan yayma) maddəsinə əsasən, 500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, onlar G.Hacıbəylinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinin müxtəlif bəndlərinə əsasən cəzalandırılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər.

Onu da qeyd edək ki, G. Hacıbəyli də onlara qarşı həmin maddələrlə iddia qaldırsa da onun şikayəti təmin edilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR