Bu gün xalq artistinin 71 yaşı tamam olur

Bu gün xalq artistinin 71 yaşı tamam olur
11:49 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun doğum günüdür. Lent.az xəbər verir ki, Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda, İçərişəhərdə doğulub. Tanınmış aktyor 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.


Ali təhsilini başa vurduqdan sonra Sumqayıt Dram Teatrında işləməyə dəvət alıb. 1968-ci il sentyabrın 2-də gənc truppaya daxil olub. 1970-ci il fevralın 16-dan Akademik Milli Dram Teatrında çalışıb.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 1989-cu il mayın 17-də əməkdar, 2000-ci il dekabrın 19-da isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və dövlət mükafatı laureatı adına layiq görülüb (1980). Ona məşhurluq gətirən rollardan biri də rejissor Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmində oynadığı Mustafa rolu olub.

 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR