“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramına başlayıb

“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramına başlayıb
11:53 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
“Excelsior Hotel Baku” oteli mehmanxana sektorunda yeni peşəkar tədris proqramına başlayıb.
“Excelsior Hotel Baku”dan AzərTAc-a bildiriblər ki, yeni proqram otelin insan resursları departamenti tərəfindən hazırlanıb. Bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm İnstitutunun tələbələrini əhatə edir. Ödənişsiz proqram 6 ay üçün nəzərdə tutulub. Sonda iştirakçılara sertifikatlar veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR