Əhməd Nejatın müavininə iş kəsildi (FOTO)

Əhməd Nejatın müavininə iş kəsildi (FOTO)
12:01 22 Yanvar 2015
203 Dünya
Ölkə mətbuatı
A- A+

İranın sabiq prezidenti Mahmud Əhməd Nejatın birinci müavininə iş kəsilib.

ANS PRESS-in məlumatına görə, Məhəmməd Rza Rəhimi "sui-istifadə" günahı ilə ittiham olunurdu. Məhkəməyə çıxarılan Rəhimiyə 5 il 91 gün həbs cəzası verilib.

Tehran Cəza Məhkəməsi daha əvvəl Rəhimiyə 15 il həbs cəzası və 2 milyard 850 milyon İran tüməni (təxminən 826 min dollar) cəza kəsmişdi.

Rəhimi qərara etiraz etdikdən sonra iddiaya yenidən baxılıb. Məhkəmə Rəhimi haqqındakı həbs cəzasını 15 ildən 5 il 91 günə qədər endirib. Bu qərarla Rəhimiyə veriləcək cəza dəqiqləşmiş oldu.

Sabiq İran prezidenti Əhməd Nejatın birinci müavini Rəhimi vəzifədə olduğu dövrdə bir sığorta şirkəti vasitəsi ilə korrupsiya etməkdə günahlandırılırdı.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR