Azərbaycanda həkim axtarışı işi asanlaşır

Azərbaycanda həkim axtarışı işi asanlaşır
12:03 22 Yanvar 2015
348 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda pasiyentlər üçün həkim axtarışı işi asanlaşır.

Səhiyyə Nazirliyinin (SN) Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, yeni “həkim axtarışı” xidməti “Tibbi kadrların vahid registrindən məlumatların əldə edilməsi” xidmətinin daha genişləndirilmiş versiyasıdır: “Tibbi kadrların vahid registrindən məlumatların əldə edilməsi xidməti indiyədək məhdud çərçivədə fəaliyyət göstərib. Bu xidmətdən yalnız həkimlər özləri istifadə edə və registrdə onlar barədə yerləşdirilmiş bütün məlumatlarla tanış ola biliblər. Ancaq yeni xidmət sayəsində istənilən insan özünə lazım olan həkimi axtarıb taparaq onun barəsindəki məlumatları əldə edə biləcək. Biz “Tibbi kadrların vahid registrindən məlumatların əldə edilməsi xidməti”ni sadələşdirdik və genişləndirdik ki, istənilən adam istədiyi həkimi tapa bilmək üçün axtarış verə bilsin. Bu zaman pasiyent həkim haqqında tam deyil, müəyyən - həkimin ixtisası, vəzifəsi, stajı, harada işləməsi, işlədiyi müəssisənin ünvanı və s. barədə məlumatları əldə edəcək”.

C.Əsəd-zadə qeyd edib ki, gələcəkdə bu xidmətin daha da genişləndirilməsi nəzərdə tutulur.

Nazirlik rəsmisinin sözlərinə görə, gələcəkdə həkimlər özləri barəsində olan hansı məlumatların pasiyentlər üçün açıq, hansı məlumatların qapalı verilməsi barədə qərara gələ, özləri barəsində olan məlumatları redaktə edə biləcəklər: “Həkimlər onlar barəsində olan bəzi məlumatların daha geniş təqdim edilməsini istəyə bilərlər. Bunun üçün onlar özləri interfeys üzərindən qeyd edəcəklər ki, filan məlumatlara pasiyentlər baxa bilsinlər. İndiki mərhələdə isə biz həkimlər barəsində yalnız qısa xülasə verəcəyik”.

C.Əsəd-zadə bildirib ki, pasiyentlər “Həkim axtarışı” xidmətindən ölkədə işləyən bütün həkimlər barədə məlumat ala bilərlər. Hazırda test mərhələsində olan bu xidmətdən istifadə etmək üçün SN-in saytına daxil olmaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR