Ukrayna səfiri: “Çox çətindir...”

Ukrayna səfiri: “Çox çətindir...”
12:04 22 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın torpaqları işğal olunub, amma beynəlxalq təşkilatlar onu işğalçı tərəflə razılıq əldə etməyə, ümumi dil tapmağa çağırırlar”.

 

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 22 Yanvar - Birlik Günü münasibətilə keçirilən dəyirmi masada deyib.

 

“Azərbaycanın bugünkü şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir. Bu məsələdə Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır. Deyirlər ki, təcavüzkarla razılaşmağın yolunu tapın. Biz təcavüzkarla necə ümumi dil tapaq? Təcavüzkar xoşbəxtdir, o, işğal etdiyi torpaqları qaytarmaq istəmir. Bu gün təcavüzkar qonşuların ölkələrimizdə sabitliyi pozmaq, xalqın birliyinə zərbə endirməyə hesablanan siyasəti öz layiqli cavabını almır”, - deyə səfir qeyd edib.

 

A.Mişşenko əlavə edib ki, iki ölkə daha da yaxınlaşmalı, səylərini birləşdirməlidir: “Biz dostluğa, əməkdaşlığa, sadəcə, məhkumuq, taleyimiz budur”.

 

Səfir 1919-cu ilin 22 yanvar tarixində Ukrayna Xalq Respublikası və Qərbi-Ukrayna Respublikası arasında Birləşmə Aktının imzalanmasına toxunaraq, bu günün Ukraynanın dövlətçilik tarixində xüsusi yer tutduğunu deyib: “Mən Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edən videoçarxa da baxmışam. Qeyd edim ki, Azərbaycan tarixindəki ADR səhifəsi mənə çox tanış gəldi, bizim xalqların taleyində, milli azadlıq mübarizəsində ortaq məqamlar nəzərə çarpdı”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR