Şou-biznesdə "salam" davası: "Özü küsübsə..."

Şou-biznesdə "salam" davası: "Özü küsübsə..."
12:05 22 Yanvar 2015
163 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Abbas Bağırovun müğənni Zamiq Hüseynovdan küsməsi ilə bağlı xəbər vermişdik
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, A.Bağırovun "Səbəbsiz heç nə olmur. Salam verməyəcəklər, mən də verməyəcəm. Kim salam verəcəksə, qarşılığını da alacaq” sözlərinə qarşı tərəfdən cavab gəlib.

Z.Hüseynovun prodüseri Elnur Həsənov sənətçinin heç kimlə küsülü olmadığını deyib:

"Röyanın konsertindən əvvəl Abbas Bağırovla bir çox tədbirdə qarşılaşmışıq. Hər dəfə də salamlaşma olub. Zamiq hansı tədbirə gedirsə, orada tanıdığı bütün insanlara salam verib görüşür. Onun bu günə kimi şou-biznesdə heç bir ifaçı ilə problemi olmayıb.

Abbas Bağırov özü küsübsə, bu, heç kimin problemi deyil. O, kiminləsə küsülü ola bilər. Salamı özü almayıbsa, onun şəxsi işidir. Zamiqin bütün sənət adamları ilə münasibəti yaxşıdır, heç kimdən küsməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR