Girovlardan məktub var

Girovlardan məktub var
12:06 22 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Xankəndidə qanunsuz olaraq mühakimə edilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quluiyevə baş çəkib.

ANS PRESS-in məlumatına görə, bu barədə BQXK-nın İrəvan nemayəndəliyindən məlumat verilib. Görüş yanvarın 16-da baş tutub. Bu sayca səkkizinci başçəkmədir. Görüş zamanı kəlbəcərli girovlara məktub çatdırılıb və onlardan məktub alınıb.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər H.Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR