BQXK nümayəndələri Dağlıq Qarabağda qanunsuz mühakimə olunan azərbaycanlılara baş çəkiblər

BQXK nümayəndələri Dağlıq Qarabağda qanunsuz mühakimə olunan azərbaycanlılara baş çəkiblər
12:08 22 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) missiyası ermənilər tərəfindən girov götürülmüş və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz mühakimə olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Trend xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan KİV-i BQXK-nın Yerevandakı nümayəndə heyətinin kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuniyə istinadən məlumat yayıb.

Sayca səkkizinci olan səfər yanvarın 16-da baş tutub.

Ermənistan mətbuatı məlumat verir ki, BQXK nümayəndələrinin ziyarəti zamanı BQXK məktublarının mübadiləsi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2355903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR