ABŞ-ın yeni səfiri gəlir

ABŞ-ın yeni səfiri gəlir
12:16 22 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Bakıya fevralda gəlməsi gözlənilir. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən isə ANS PRESS-ə bildirilib ki, səfirin gəlişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun Bakıya yaxın vaxtlarda gəlməsi nəzərdə tutulub. Bu barədə səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan yanvarın 21-də jurnalistlərə də məlumat vermişdi .

Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR